Sosial

Salyanda Müstəqillik Gününə həsr edilmiş rayon birinciliyinə start verildi — FOTOLAR

Salyanda Müstəqillik Gününə həsr edilmiş rayon birinciliyinə start verildi — FOTOLAR

Bu gün Salyan rayon Gənclər və İdman İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Salyan şəhər 2 saylı tam orta məktəbin akt zalında 28 May Müstəqillik Gününə həsr edilmiş “Xəmsə” Milli İntellektual oyunu üzrə rayon birinciliyinə start verilmişdir.

Demokrat.az xəbər verir ki, ilk öncə tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov iştirakçıları salamlayaraq bildirdi ki, 28 May-Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi -hərbi şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Daha sonra isə komandalara uğurlar arzuladı.

Püşkatmadan sonra iştirakçılara “Xəmsə” Milli İntellektual oyununun qaydaları izah edildi və birinciliyə start verildi.

“Xəmsə” Milli İntellektual oyunu üzrə rayon birinciliyinin qrup mərhələsində A qrupu üzrə Arbatan kənd tam orta məktəbin , şəhər 4 saylı tam orta məktəbin, Dayıkənd kənd tam orta məktəbin və şəhər 7 saylı məktəb-liseyin komandaları , B qrupu üzrə şəhər 1 saylı məktəb-liseyin , Kürqaraqaşlı kənd tam orta məktəbin və şəhər 2 saylı tam orta məktəbin komandaları mübarizə aparırdı.

Maraqlı mübarizə şəraitində keçən birinciliyin qrup mərhələsinin I oyununun yekununda A qrupu üzrə Arbatan kənd tam orta məktəbin “Kür” komandası və B qrupu üzrə şəhər 1 saylı məktəb-liseyin “Muğan” komandası birinciliyin final mərhələsinə yüksəldi. Sabah qrup mərhələsinin növbəti oyunu baş tutacaq.

Salyanda Müstəqillik Gününə həsr edilmiş rayon birinciliyinə start verildi — FOTOLAR
Salyanda Müstəqillik Gününə həsr edilmiş rayon birinciliyinə start verildi — FOTOLAR
Salyanda Müstəqillik Gününə həsr edilmiş rayon birinciliyinə start verildi — FOTOLAR
Salyanda Müstəqillik Gününə həsr edilmiş rayon birinciliyinə start verildi — FOTOLAR
Salyanda Müstəqillik Gününə həsr edilmiş rayon birinciliyinə start verildi — FOTOLAR
Salyanda Müstəqillik Gününə həsr edilmiş rayon birinciliyinə start verildi — FOTOLAR

Məlik Demokrat.az

D
demokrat.az