Hərbi Özəl

“Təyyarələrdən sonra tezliklə “TEKNOFEST Azərbaycan”a gələcəyik” — Bayraktar

“Təyyarələrdən sonra tezliklə “TEKNOFEST Azərbaycan”a gələcəyik” — Bayraktar

“Birinci təyyarə səhər getdi, ikinci yoldadır”.

Demokrat.az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar tviter hesabında qeyd edib.

O, bildirib ki, təyyarələrdən sonra onlar da tezliklə “TEKNOFEST Azərbaycan”a gələcək.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalı mayın 26-29-da keçiriləcək. Festivalda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, sənaye və texnologiya naziri Mustafa Varank və digər şəxslər iştirak edəcəklər.

D
demokrat.az