"NATO müttəfiqləri Ukraynaya uzunmüddətli dəstək verməyə hazır olmalıdırlar."
Demokrat.az UNİAN-a istinadən bildirir ki, NATO-nun baş katibi Yens Stoltenberq bu barədə məlumat verib.
NATO-nun baş katibi Yens Stoltenberq əmindir ki, Rusiya Ukraynada strateji məqsədinə nail ola bilməyib, lakin hələ də bundan əl çəkmir:
"Biz görürük ki, Rusiya Ukraynada strateji məqsədinə nail ola bilməyib. Plan Kiyevi almaq idi, onlar bunu bacarmadılar. Sonra Rusiya da Xarkov və onun ətraflarından çəkilməyə məcbur oldu və Donbassdakı hücum dayandı", - Stoltenberq bildirib.
Leyla Demokrat.az


