Kriminal Özəl

Şeyxin qudasının partiya sədrinə qarşı iddiası rədd edildi — MƏHKƏMƏ İŞİ (FOTOLAR)

Şeyxin qudasının partiya sədrinə qarşı iddiası rədd edildi — MƏHKƏMƏ İŞİ (FOTOLAR)

Sabunçu Rayon Məhkəməsində sabiq deputat Qalib Salahzadənin Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluya qarşı növbəti məhkəmə iddiasına baxılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hakim Tahirə Əsədovanın sədrliyi ilə keçirilən məhkəmədə Salahzadə Qalib oğlunun müvəqqəti təminat tədbiri barədə vəsatəti rədd edilib.

Xatırladaq ki, sonuncu dəfə aprelin 28-də Sabunçu Rayon Məhkəməsində sabiq deputat Qalib Salahzadənin Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğluya qarşı məhkəmə iddiasına baxılıb.

Şeyxin qudasının partiya sədrinə qarşı iddiası rədd edildi — MƏHKƏMƏ İŞİ (FOTOLAR)
Q.Salahzadə Sabunçu rayonu, Zuğulba şosesi 1, 2, 3, 9 nömrəli ünvanda olan evlərinin Ağasif Şakiroğlu tərəfindən zəbt edildiyini bildirib. O, məhkəmədən həmin evlərdə yaşamaq hüququnun təmin edilməsini tələb edib. Bildirilib ki, bir hektardan çox ərazisi olan həmin ünvanda ümumilikdə səkkiz ev var. Q.Salahzadə ilə yanaşı, Həmidağa Camalov, Əminağa Camalov və Lətifə Əliyeva da həmin evlərdə qeydiyyatdadırlar və onlar da məhkəmə qarşısında iddia qaldırıblar.

Q.Salahzadə qeyd edib ki, ünvanda qeydiyyatdan keçmiş torpaq sahəsi və fərdi yaşayış evlərinin olmasını Əmlak Məsələsi üzrə Dövlət Xidməti də təsdiqləyib.

Qeyd edək ki, Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudasıdır. O, iki dəfə Milli Məclisə deputat seçilib. Həmçinin, uzun müddət Sabunçu rayonu Bilgəh qəsəbəsinin bələdiyyə sədri olub. Hazırda Hacı Qalib Salahzadənin oğlu Əliabbas Salahzadə Milli Məclisin deputatıdır.

Şeyxin qudasının partiya sədrinə qarşı iddiası rədd edildi — MƏHKƏMƏ İŞİ (FOTOLAR)
Şeyxin qudasının partiya sədrinə qarşı iddiası rədd edildi — MƏHKƏMƏ İŞİ (FOTOLAR)
Şeyxin qudasının partiya sədrinə qarşı iddiası rədd edildi — MƏHKƏMƏ İŞİ (FOTOLAR)
Şeyxin qudasının partiya sədrinə qarşı iddiası rədd edildi — MƏHKƏMƏ İŞİ (FOTOLAR)
Aynurə Demokrat.az

D
demokrat.az