Finlandiya prezidenti Sauli Niinistö Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlara hazır olduğunu bildirib.
Demokrat.az-ın məlumatına görə, S.Niinistö bTürkiyə lideri ilə Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qaldırdığı sualları müzakirə etmək istədiyini bildirib.
Bundan əvvəl Finlandiya Şimali Atlantika Alyansına qoşulmaq barədə rəsmi qərar qəbul edib.


