Sosial

Azərbaycanlı məktəbli dünyanın ən böyük robototexnika yarışından kubokla qayıdır — FOTOLAR

Azərbaycanlı məktəbli dünyanın ən böyük robototexnika yarışından kubokla qayıdır — FOTOLAR

Ginnesin rekodlar kitabına dünyanın ən böyük robototexnika yarışması kimi düşən "VEX Robotics World Championship 2022"də Azərbaycan komandası göstərdiyi nəticələrə görə divizionun "Energy Team" kubokunu qazanıb.

Demokrat.az xəbər verir ki, ABŞ-da keçirilən yarışlarda 50-ə yaxın ölkədən 4800 komanda, 15.000-ə yaxın şagird iştirak edib. Qərbi Kaspi Universitetinin komandası yarışdığı divizionda 20 ən yaxşı komanda siyahısına daxil olaraq final oyunlarına qatılıb. Ümumi ballar nəticəsində təcrübəli komandaları geridə qoyaraq komanda 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan komandasının üzvlərindən biri - Erkam Məsiyev Qərbi Kaspi Universitetinin ötən ilin dekabr ayında keçirdiyi "2021 Məktəblilərarası LEGO Olimpiadası"ının qaliblərindəndir.

Erkam Məsiyev robototexnika ilə bağlı ilk vərdişlərini universitetin Texnoparkında - Məktəblilərarası LEGO Olimpiadası ərəfəsində təşkil olunmuş təlimlərdə əldə edib.

Azərbaycanlı məktəbli dünyanın ən böyük robototexnika yarışından kubokla qayıdır — FOTOLAR
Azərbaycanlı məktəbli dünyanın ən böyük robototexnika yarışından kubokla qayıdır — FOTOLAR

Məlik Demokrat.az

D
demokrat.az