Gündəm Özəl

"Müharibə ilin sonuna kimi başa çatacaq" — Budanov

Müharibə ilin sonuna kimi başa çatacaq — Budanov

Ukraynada müharibə ilin sonuna kimi başa çatacaq və Rusiyanın işğal etdiyi bütün ərazilər Ukraynanın nəzarətinə qaytarılacaq.

Demokrat.az xəbər verir ki, bunu “ Sky News” telekanalına müsahibəsindəUkrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirilo Budanov bildirib.

“Dönüş nöqtəsi avqustun ikinci yarısında olacaq.Aktiv hərbi əməliyyatların əksəriyyəti bu ilin sonuna kimi başa çatacaq.Nəticədə biz Donbass və Krım da daxil olmaqla bütün ərazilərdə Ukraynanın gücünü bərpa edəcəyik”, - Budanov bildirib.

Onun sözlərinə görə, Rusiya artıq Putini devirmək cəhdinə hazırlaşır və Rusiya prezidentinin özü də xərçəng xəstəliyindən ağır xəstədir.

Leyla Demokrat.az

D
demokrat.az