Gündəm Özəl

"Ukrayna beynəlxalq tərəfdaşlarından 4,5 milyard avro yardım alıb"

Ukrayna beynəlxalq tərəfdaşlarından 4,5 milyard avro yardım alıb

Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi zamanı Ukrayna beynəlxalq tərəfdaşlardan 4,5 milyard avro maliyyə yardımı alıb.

Demokrat.az " Ukrinform" a istinadən bildirir ki, bu barədə Ukraynanın baş naziri Denis ŞmıqalNazirlər Kabinetinin iclasında bildirib.

“Ukraynaartıq beynəlxalq tərəfdaşlarımızdan və dostlarımızdan 4,5 milyard avro alıb.Son bir həftə ərzində Dünya Bankından 500 milyon dollar gəlib”, - Şmıqal bildirib.

O vurğulayıb ki, bu, qaytarılmasına ehtiyac olmayan qrant maliyyəsidir.

Ukrayna hökumətinin başçısı göstərdiyi dəstəyə görə dünya ictimaiyyətinə təşəkkür edib və qeyd edib ki, bu, bütün sosial müavinətlərin tam şəkildə dəstəklənməsinə, həmçinin yeni yardım proqramlarının açılmasına kömək edir.

Leyla Demokrat.az

D
demokrat.az