Gündəm

Ruslar "Azovstal"a hücuma keçdilər

Ruslar Azovstala hücuma keçdilər

Rus işğalçıları Donetsk vilayətinin Mariupol şəhərində yerləşən “Azovstal” zavoduna basqın etməyə başlayıblar.

Demokrat.az bildirir ki, bu barədə “Ukrainska Pravda”ya Azov alayının komandir müavini Svyatoslav Palamar (Kalina) məlumat verib.

Palamarın sözlərinə görə, işğalçılar hazırda zavoda soxulmağa çalışırlar. Hücumdan əvvəl Rusiya aviasiyası zavodu bombalayıb: “Bütün gecə bizi havadanbombaladılar.İki mülki qadın öldürüldü. Hazırda isə“Azovstal”a hücum edilir.

Reuters də zavodun atəşə tutulması barədə məlumat yayıb.Azovstal-a hücumun başlandığını jurnalist Andrey Tsaplienko da Telegram-da Palamara istinadən təsdiqləyir.

Demokrat.az

D
demokrat.az