Gündəm Özəl

Ermənistanın təxribatçı addımları və qeyri-adekvat yanaşması davam etsə...— Politoloq

Ermənistanın təxribatçı addımları və qeyri-adekvat yanaşması davam etsə...— Politoloq

Ermənistanın təxribatçı addımları və qeyri-adekvat yanaşması davam etsə...- Politoloq “Son zamanlar təəssüf ki, Ermənistan dövlətinin regionda yaranan yeni imkanlar qarşısında qeyri-adekvat yanaşmalarının şahidi oluruq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Politoloq vurğulayıb ki, rəsmi İrəvan hələ də 10 Noyabr bəyanatına əsasən götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırırı: “Biz Ermənistanın siyasi dairələrinin regionda sülh və sabitliyin formalaşması istiqamətində adekvat addımlar atmadığını müşahidə edirik. Bütün bunlar Ermənistanın ilk növbədə özünə, daha sonra isə regional təhlükəsizliyə və əməkdaşlığa vurmuş olduğu zərər və zərbə kimi qiymətləndirilməlidir. Cənab Prezidentin çox məşhur bir sözü var:

“Ermənistan dövləti Qafqaz bədənində yad cism olmaqdan artıq çıxmalıdır. Qafqazdakı inteqrasiya proseslərinə qoşulmalıdır”. R Yəni, Ermənistan da region ölkələri arasında dərinləşən əməkdaşlıq platformalarının tərkib hissəsi kimi çıxış etməlidir. Bu, birinci növbədə erməni xalqının özünə, ikincisi isə regional təhlükəsizlik üçün vacib məsələdir. Ümid edirik ki, Ermənistan hakimiyyəti bu xüsusda gələcəkdə öz addımlarını müəyyən edəcək. Buna yalnız hələki ümid edirik, çünki son vaxtlar Ermənistandan verilən siqnallar bir qədər irrasional xüsusiyyəti ilə seçilir. Bəzi hallarda pozitiv məqamlar müşahidə olunur. Amma, ümumən Ermənistan hakimiyyətinin hələki rasional düşünmədiyini biz ümumən görməkdəyik. Əgər Ermənistanın təxribatçı addımları və qeyri-adekvat yanaşması davam etsə, regionun gələcək inkişafı, təhlükəsizliyi, xalqlar arasında əməkdaşlıq imkanları da bir qədər zəifləyə bilər”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az