Gündəm

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edildi

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edildi

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, NİİM-in rəhbəri postuna polis polkovnik-leytenantı Namidan Piriyev təyin olunub.

N.Piriyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı.(report.az)

D
demokrat.az