"Ağdamda su mənbəyi tapılıb. Artıq burada iki su quyusu qazılıb".
Bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı media nümayəndələri üçün Hövsanda keçirilən təlimdə deyib.
Qurum sözçüsü bildirib ki, bu gün əsas işlər sırasında işğaldan azad olunmuş ərazilərin su təchizatı ilə bağlıdır:
"Buna görə də, Ağdamda su qurğuları vasitəsilə həmin mənbədən işğaldan azad olunmuş Ağdamın və şəhərə yaxın ətraf ərazilərin su təchizatı əsas işlər içərisindədir"
Zaur Demokrat.az


