Gündəm Özəl

“Bu dəfə “dəmir yumruq” başlarına elə dəyəcək ki, səsi İrəvanda çıxacaq”

“Bu dəfə “dəmir yumruq” başlarına elə dəyəcək ki, səsi İrəvanda çıxacaq”

“Biz türk milləti olaraq tarixən elə bir əxlaqa, tərbiyəyə, davranışa malikik ki, hamıya dost əlimizi uzatmışıq, uzadırıq da. Dünyaya sülh və barış çağırışı edirik. Bu, bizim əxlaqımız, davranışımız, bizim digər millətlərə, xalqlara qarşı olan münasibətimizdir. Ancaq erməni belə deyil, erməninin qanında irsi türk düşmənçiliyi xəstəliyi var ki, bu da sağalan xəstəlik deyil”.

Bu fikirləri Demokrat.az-a İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına münasibət bildirərkən Milli Məclisin deputatı Elman Məmmədov deyib. Deputat bildirib ki, bu millət nə qədər mövcuddursa, bizə qarşı olan düşmənçilik xəstəliyi də həmişə onun qanında, davranışında, əxlaqında, tərbiyəsində olacaq:

“Ermənilər hər zaman öz mənafeləri, dolanışıqları üçün özlərini dost kimi göstəriblər. Guya özlərini sülh tərəfdarı kimi aparırlar. Ancaq onların yaşam psixologiyası, ideologiyası türkə qarşı düşmənçiliyə köklənib. Baş tutan görüşlərdə də guya sülh sazişini imzalamağa, qonşuluq, əməkdaşlıq şəraitində yaşamağa hazır olduqlarını göstərirlər. Yaxud da ki, Türkiyə ilə münasibətlərin düzəlməsində maraqlı olduqlarını göstərirlər. Amma bunların hamısı boğazdan yuxarı deyilən sözlərdir.

“Bu dəfə “dəmir yumruq” başlarına elə dəyəcək ki, səsi İrəvanda çıxacaq”

Bunların bu xəstəliyinin sağalmamasında, günü-gündən də inkişaf etməsində günah tək bunların özündə deyil. Bunlara şirin vədlər verən, bunlara arxayın edən müəyyən xarici qüvvələr var. Bunlar da bizə qarşı düşmənçiliyinin sönməməsində az rol oynamırlar. Bilirsiniz ki, bu yaxında Paşinyan Moskvaya getdi. Ondan sonra görürsünüz nə oyunlar çıxır? Ancaq ondan öncə Brüsseldə verdiyi sözlər, bəyanatlar, gələndən sonra ölkəsinə verdiyi mesajlar tamam başqa şeydən xəbər verirdi. Moskva səfərindən sonra artıq əhval-ruhiyyə, söz-söhbət tamamilə əksinə dəyişib. Bunların bizə qarşı olan düşmənçilik, ərazi iddiaları soyqırım və s. iddialarının hamısının arxasında tarixən bunları əlində maşa və alət kimi istifadə edən böyük dövlətlərin rolu danılmazdır. Bu, tarixən belə olub”.

“Yüz illər bundan qabaq da həmin Rusiya, Fransa ermənilərin əli ilə Türkiyəyə qarşı üsyana qaldırdılar və Qafqazda qırğınlar törətdilər. İndi yenə də onlar şirin vəd verənlərə arxayın olublar. Lakin ermənilər 44 günlük müharibədən də betərini görəcəklər. Bu dəfə o “dəmir yumruq” bunların başına elə dəyəcək ki, artıq bunun səsi İrəvanda və başqa bölgələrdə çıxacaq. Bunlar bu haqda fikirləşməlidirlər. Biz də bunların bütün bu hərəkətlərindən nəticə çıxarmalıyıq, arxayınlaşmamalıyıq. Bunların havadarlarına, yalandan gülən üzlərinə, yalandan verilən vədlərinə heç vaxt inanmamalıyıq. Deyirlər, itlə yoldaş olsan da ağacını əlindən yerə qoyma. Yəni, ehtiyatı əldən vermək olmaz. Çünki gedən proseslər bizi bu cür davranmağa və fikirləşməyə əsas verir,”- deyə millət vəkili fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az