Gündəm

Britaniya Ukraynaya bu artilleriya silahını göndərir

Britaniya Ukraynaya bu artilleriya silahını göndərir

Böyük Britaniya Ukrayna silahlı qüvvələrinə 20 ədəd AS-90 özüyeriyən artilleriya qurğuları göndəcək.

Bu barədə "Daily Express" nəşri yazıb. Qeyd olunur ki, bu silahlar Ukraynadan əvvəl Polşaya göndəriləcək və burada ukraynalı hərbçilər artilleriya qurğuları ilə təlimlər keçəcək. Bundan başqa, Ukraynaya45 000 mərmi veriləcək. AS-90 "Vickers Shipbuilding and Engineering" şirkəti tərəfindən hazırlanıb və 155 mm çaplı artilleriya silahıdır. 1992-ci ildən istifadə olunur. Britaniya və Polşa ordusunun arsenalında var./modern.az

D
demokrat.az