Gündəm Özəl

Zəngilanda erməni diversant saxlanıldı — RƏSMİ

Zəngilanda erməni diversant saxlanıldı — RƏSMİ

Aprel ayının 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur ediliblər.

Demokrat.az bu barədə Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.

Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat şəraiti nəzarətdə saxlanılır.

Leyla Demokrat.az

D
demokrat.az