Hadisə

Qazaxın kəndini sel basdı — VİDEO

Qazaxın kəndini sel basdı — VİDEO

Qazax rayonunun Qarapapaq kəndində sel suları üçün nəzərdə tutulan kanalın sıradan çıxması nəticəsində kəndi su basıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Evlərdə köməksiz vəziyyətdə qalan azyaşlılar polis əməkdaşlarının səyi nəticəsində evdən çıxarılıb.

Hazırda suyun qarşısının alınması istiqamətində işlər gedir.

Oxu.az
D
demokrat.az