"ABŞ dünyada liderdir, ona görə də danışıqlar və yardım üçün tempi müəyyən edir. Ukraynanın müttəfiqlərinin təmin etdiyindən daha çox silaha ehtiyacı var".
Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimr Zelenski deyib:
"Müharibə dövründə ən güclü hərbi yardımdan imtina edə bilmərik. Həmin yardım ABŞ və Böyük Britaniyadan gəlir. Bundan əlavə, çoxlu avropalı dostlar var, lakin biz bu yardımın həcmini başa düşürük. ABŞ dünya lideridir, ona görə də onlar bu tempi müəyyən edib, danışıqların və yardımın tonunu təyin edirlər. Bəzən bu və ya digər Avropa dövlətinin bizim üçün vacib olan silahları bizə təqdim edib-etməməsinə əksər hallarda məhz onlar təsir edir”, - deyə Prezident bildirib.
O, həmçinin əlavə edib ki, aprelin 24-də ABŞ-ın müdafiə naziri və dövlət katibi Entoni Blinken Ukraynaya gələcək.
Leyla Demokrat.az


