"Ruslar tərəfindən bloklanan Mariupoldanmülki vətəndaşları və əsgərləri azad etməyin iki yolu var: hərbi və diplomatik.Birincinin həyata keçirilməsi üçün silahların tədarükü də daxil olmaqla tərəfdaşların köməyi lazımdır"
Demokrat.az UNİAN-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə İspaniya və Danimarka baş nazirləri ilə keçirdiyi brifinqdə deyib:
"Hərbi yol var. Biz buna hazırlaşmalıyıq, güclü olmağa hazırlaşırıq və burada bizim tərəfdaşlarımızın köməyinə ehtiyacımız var. Bu, bizim üçün çətindir".
Diplomatik məsələyə gəlincə, Zelenski bildirib ki, bu yolla insanları daha rahat xilas etmək olar və Ukraynaartıq bir neçə variant təklif edib, ancaq Rusiya bu təkliflərlə razılaşmır".
Leyla Demokrat.az


