Kriminal

Evdən oğurluq etmək istəyən şəxs baltalandı

Evdən oğurluq etmək istəyən şəxs baltalandı

Ağstafada oğurluq etmək üçün evə girən şəxs baltalanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Köçəsgər kənd sakini, 1973-cü il təvəllüdlü S.Ələkbərovla evinə oğurluğa girən 2003-cü il təvəllüdlü K.Əlləzov arasında mübahisə yaranıb. Mübahisə zəminində ev sahibi ilə oğurluğa girən şəxs bir-birini baltalayıblar. Hər ikisi xəstəxanaya yerləşdirilib.

Ev sahibi S.Ələkbərovun vəziyyəti ağır, evə oğurluğa girən şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Demokrat.az

D
demokrat.az