Gündəm Özəl

"Rusiya Luqansk vilayətinin 80%-ni tutub"

Rusiya Luqansk vilayətinin 80%-ni tutub

"Luqansk vilayətinin 80%-i Rusiyanın nəzarətindədir"

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədə Luqansk vilayətinin rəhbəri Sergey Qayday məlumat verib:

"Rusiya, əlbəttə ki, bununla dayanmayacaq və irəliləyəcək. Onlar Luqanskı xeyli dağıdıblar. Bizim burada vəziyyətimiz yaxşı deyil. Luqansk vilayətinin bütün ərazisi atəşə tutulur. Rusiya irəliləyir və hər şeyi məhv etmək niyyətindədir. Ona görə dəmümkün olduğu qədər hamını təxliyə etməyə çalışırıq”.

O, döyüşlərin şiddətləndiyi bir vaxtda dinc sakinləri Ukraynanın şərq bölgəsini tərk etməyə çağırıb.Onun sözlərinə görə, müharibədən əvvəl Luqansk vilayətində yaşayan 350 min nəfərdən bu gün təxminən 70 mini qalıb.

Leyla Demokrat.az

D
demokrat.az