Böyük Britaniyanın Baş naziri Boris Conson Pasxa müraciətinin bir hissəsini Ukraynada dilində səsləndirib.
Demokrat.az bu barədə “Yevropeyskaya pravda”ya istinadən xəbər verir.
Nitqinin əsas hissəsində ingiliscəyə yer verən Conson bildirib ki, ukraynalılar üçün İsa Məsihin ümid mesajı, həyatın ölüm üzərində qələbəsi və xeyirin şər üzərində qələbəsi bu il həmişəkindən daha çox rezonans doğurur.
"Güclü olun və ürəyinizdə cəsarətli olun, Tanrıya güvəndiyiniz hər şey sizsiniz", - Boris Conson Ukrayna dilində deyib.
Böyük Britaniyanın Baş nazirinin rəsmi "Twitter" hesabında yerləşdirilən videoda ənənəvi Ukrayna Pasxa yumurtalarını da görmək mümkündür.
Consonun pencəyində Britaniya və Ukrayna bayraqları olan döş nişanı yer alıb.
Zamiq Demokrat.azWishing Christians around the world a happy and blessed #Easter, including the Christians of Ukraine – whether you are marking Easter today or later this month.
— Boris Johnson (@BorisJohnson) April 17, 2022
May the risen Christ’s message of hope bring you strength.
1/2 pic.twitter.com/ChRimI3hzG


