"Rusiya ilə sülh müqaviləsi iki sənəddən ibarət ola bilər - onlardan biri Ukraynanın təhlükəsizliyinə təminat, digəri isə birbaşa Rusiya arasındakı münasibətlərləbağlı olmalıdır".
Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu fikirləri Ukrayna Prezidenti VolodimrZelenski deyib.
"Düşünürəm ki,Rusiya iləiki fərqli sənəd ola bilər. Təhlükəsizlik zəmanəti və Rusiya ilə ayrıca sənəd".
“Rusiya hər şeyin bir sənəddə olmasını istəyir, amma biz baş verənləri görürük,vəziyyət dəyişir”, - Prezident deyib.
Zelenski qeyd edib ki, Böyük Britaniya, ABŞ, İtaliya və Türkiyə Ukraynanın təhlükəsizliyinin qarantı olmağa hazır olduqlarını nümayiş etdirirlər, lakin hələ də heç kimdən yekun cavab yoxdur. Leyla Demokrat.az


