Gündəm Özəl

ABŞ Ukrayna tərəfindən "Moskva" kreyserinin batırıldığını təsdiqlədi

ABŞ Ukrayna tərəfindən Moskva kreyserinin batırıldığını təsdiqlədi

Rusiya Qara Dəniz Donanmasının flaqmanı “Moskva” raket kreyseri iki Ukrayna raketi ilə vurulub.

Demokrat.az CNN telekanalına istinadənxəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi məlumat verib:

"Bu həftə Qara dənizdə Ukraynanın iki "Neptun" raketi "Moskva" raket kreyserini vurdu"

Amerika rəsmisinin açıqlamasındadeyilir ki, gəminin məhv edilməsi və batması Ukraynanın endirdiyi raket zərbəsi nəticəsində baş verib.

Rusiya “Moskva” raket kreyserinin yanğın və döyüş sursatlarının partlaması nəticəsində zamanı batdığını təsdiqləyib, lakin yanğının səbəbini açıqlamayıb.

Rusiya Müdafiə Nazirliyi kreyserin Neptun raketlərinin zərbələri nəticəsində itirilməsi ilə bağlı Ukrayna versiyasını təsdiqləməyib.

Leyla Demokrat.az

D
demokrat.az