Gündəm Özəl

Mərdan Əliyev: “Ölkəmizdə də artıq vaksin istehsalına başlanılmalıdır”

Mərdan Əliyev: “Ölkəmizdə də artıq vaksin istehsalına başlanılmalıdır”

“Ölkəmizdə "COVID-19"la bağlı kifayət qədər vaksin var”.

Bunu Demokrat.az-a açıqlamasında həkim-infeksionist Mərdan Əliyev deyib. Həkim qeyd edib ki, bu yaxınlarda Türkiyədə istehsal olunan vaksinlərin də ölkəmizə gətirilməsi gözlənilir:

“Qeyd edim ki, payız və qış fəsillərində vaksinə yenidən ehtiyac yarana bilər. Xüsusən də, risk qrupuna aid olan şəxslər yenidən könüllü şəkildə vaksin vurdura bilərlər. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanda da vaksin istehsalına başlanılmalıdır. Çünki burada yeni kəşf ediləsi heç bir şey yoxdur. Artıq dünya ölkələrinin təcrübələri öyrənilərək, Azərbaycanda da istehsal edilə bilər. Təkcə koronavirusla bağlı deyil, digər vaksinlərə də ölkəmizdə ehtiyac var. Bilirik ki, uşaqlara anadan olandan 3 yaşına qədər vaksinlər vurulur. Bundan başqa, böyüklər üçün hepatitə qarşı vaksinlər vurulur. Bu kimi vaksinlərin ölkəmizdə istehsal olunması çox vacibdir və bunun ölkə iqtisadiyyatına da çox böyük təsiri olacaq. Təbii ki, bundan sonra dərman istehsalları da baş tuta bilər. Çünki ölkəmizdə yeni istehsalat aparatları var”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az