Sosial

Qubada keçirilən seminarda azsaylı xalqların mədəni irsi təbliğ olunub — FOTO

Qubada keçirilən seminarda azsaylı xalqların mədəni irsi təbliğ olunub — FOTO

“Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətlərinin öyrənilməsi və təbliği məqsədilə yerlərdə kiçik sərgilərin təşkili” layihəsi çərçivəsində növbəti tədbir Qubada dağ yəhudilərinin yığcam yaşadığı Qırımız qəsəbədə təşkil olunub.

Tədbir çərçivəsində keçirilən seminarda çıxış edənlər Azərbaycan Konstitusiyasına əsasən, ölkəmizdə irqindən, dinindən və dilindən asılı olmayaraq, hər bir şəxsin hüquq və azadlıqlarının qorunmasına təminat verildiyini bildiriblər. Vurğulanıb ki, respublikamızda yaşayan bütün azsaylı xalqların mədəni orijinallığı müxtəlif qanunlar və hüquqi-normativ aktlarla təmin olunur. Müxtəlif etnosların, millətlərin və xalqların, dinlərin və konfessiyaların, mədəniyyətlərin nümayəndələri burada əmin-amanlıq içərisində yaşayırlar. Belə bir layihənin həyata keçirilməsi və ictimailəşdirilməsi isə azsaylı xalqların mədəniyyətinin müxtəlifliyinə qarşı olan isti münasibəti göstərir.

Layihə rəhbəri Lalə Azərtaş bildirib ki, layihənin əsas məqsədi ölkəmizdə yaşayan azsaylı xalqların mədəni irsinə, milli-mənəvi dəyərlərinə hörmətlə yanaşaraq, onun öyrənilməsini və təbliğini təşkil etməkdən ibarətdir.

Tədbirdə rayon icra hakimiyyətinin, İctimai Birliyin rəsmiləri, rayonda yaşayan azsaylı xalqların nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində azsaylı xalqların mədəni irsi ilə bağlı məlumatlandırıcı seminarla yanaşı, yəhudilərin mədəni irsinə, mətbəxinə aid nümunələrin sərgisi də nümayiş olunub.

Üç ay davam edəcək layihə çərçivəsində bundan əvvəl Qax, İsmayıllı rayonlarında da oxşar tədbirlər reallaşdırılıb.

Qubada keçirilən seminarda azsaylı xalqların mədəni irsi təbliğ olunub — FOTO
Qubada keçirilən seminarda azsaylı xalqların mədəni irsi təbliğ olunub — FOTO

Demokrat.az

D
demokrat.az