Türkiyənin Malatya vilayətinin Pütürge rayonunda 5,2 bal gücündə zəlzələ olub.
Demokrat.az "TRT Haber"-ə istinadən bildirir ki,bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla saat 17.02-də baş verən zəlzələ 6,72 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ ətraf şəhərlərdə də hiss olunub.
Leyla Demokrat.az


