Daxili siyasət

Sahibə Qafarova Ermənistan parlamentinin sədri ilə mübahisəsindən danışdı

Sahibə Qafarova Ermənistan parlamentinin sədri ilə mübahisəsindən danışdı

“Qazaxıstanda MDB Parlament Assambleyasının 30 illiyinə həsr olunan tədbirdə ermənilər elə edirdilər ki, guya onlar bizə sülh təklif edirlər. Onlara cavab verməmək isə mümkün deyildi. Ona görə də tez-tez vaxt götürərək cavab verirdim”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

“Ona görə də mən dedim ki, sülh təklifini biz verirmişik. Həmişə olduğu kimi bu dəfə də yalnış informasiya vermək istəyirdilər. Amma alınmadı”, - o vurğulayıb.

Rza Demokrat.az

D
demokrat.az