Siyasət Özəl

Azərbaycanda vətəndaş cəmiyyəti — Uğurlar, nöqsanlar, perspektivlər...

Azərbaycanda vətəndaş cəmiyyəti — Uğurlar, nöqsanlar, perspektivlər...

Yazı Medianın İnkişafı Agentliyinin layihəsi çərçivəsində hazırlanmışdır

Cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi olan vətəndaş cəmiyyəti özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sahələrində, sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti azad vətəndaşların, könüllü formalaşmış təşkilat və assosiasiyaların dövlət və hakimiyyət orqanları tərəfindən onların fəaliyyətinə birbaşa müdaxilələri qanunla məhdudlaşdıran özünümüdafiə təbəqəsidir. Bu baxımdan, məhz hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır. Ümumiyyətlə, vətəndaş cəmiyyəti geniş anlayışdır. Bura icmalar, məktəblər, hər hansı ayrı-ayrılıqda təşəbbüs qrupları və s. daxildir. Bunların hər biri vətəndaş cəmiyyətidir.

Azərbaycanda vətəndaş cəmiyyəti — Uğurlar, nöqsanlar, perspektivlər...
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində görülən işlərlə bağlı Demokrat.az-a danışan Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirib ki, vətəndaş cəmiyyətində QHT hərəkatının gücləndirilməsi həm vətəndaş cəmiyyətinin formalaşmasına, həm də inkişafına müsbət təsir edir.

Ekspert qeyd edib ki, bütün məqamlarda dövlət quruculuğu dövlətin gücləndirilməsinə, onun inkişafına, beynəlxalq aləmdə xalqın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır:

“Həmçinin, vətəndaş institutlarının formalaşmasında, insan hüquqları, sosial məsələlər, tibb, səhiyyə, mədəniyyət, ekologiya, təbii sərvətlər və digər sahələrdə problemlərin işıqlandırılmasına xidmət edir. Vətəndaş cəmiyyəti institutları mədəniyyətdən tutmuş iqtisadiyyata qədər, sosial problemdən tutmuş ekologiyaya qədər həm milli, həm də qlobal problemlərin işıqlandırılmasında, araşdırılmasında və bu sahədə vətəndaş cəmiyyətinin aktiv iştirakını təmin edir.

Azərbaycanda vətəndaş cəmiyyəti — Uğurlar, nöqsanlar, perspektivlər...
Bundan başqa, dövlət quruculuğu prosesində dövlətçiliyin, o cümlədən azərbaycançılıq məfkurəsinin ölkəmizdə və dünyada yayılması istiqamətində aparılan işlərdə vacib rol oynayır. Məcburi qaçqınlarla işin aparılması və bütün mənalarda Azərbaycana qarşı ermənilər tərəfindən törədilən terrorun, işğalın, soyqırım və bəşəri cinayətlərin çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutlarının rolu danılmazdır. O cümlədən soyqırımlarla bağlı beynəlxalq ədalət kampaniyası çərçivəsində layihələrin həyata keçirilməsi, fləşmobların, filmlərin çəkilməsi həm ölkə əhalisinin, həm də ölkə vətəndaşlarının, dünya ictimaiyyətinin maarifləndirilməsi istiqamətində qeyri-hökumət təşkilatlarını xeyli işlər görüb.
Azərbaycanda vətəndaş cəmiyyəti — Uğurlar, nöqsanlar, perspektivlər...
“Vətəndaş cəmiyyəti institutları 30 illik müstəqillik dövrü ərzində, xüsusilə son 20 il ərzində uğurlara imza atmışdır. Amma deyim ki, dövlət səviyyəsində də dəstək sistemli şəkildə artırılarsa, qeyri-hökumət təşkilatlarının maddi, texniki bazası, o cümlədən kadr bazası davamlı, dayanaqlı şəkildə inkişaf etdirilərsə, imkanlar daha da gücləndirilərsə, qeyri-hökumət təşkilatları həm ölkəmizdə, həm ölkə daxilində, həm də təbii ki, beynəlxalq aləmdə çox böyük layihələrə imza ata bilərlər. Bu bizim potensialımızdan irəli gələn bir məsələdir. Yəni QHT-lərin belə potensialı, imkanları var. Sadəcə demək mümkünsə, bunu bu və ya digər sistemli şəkildə səfərbər etmək lazımdır. Bu, çox vacibdir. Çünki biz güclü olmalıyıq ki, bizim müraciət etdiyimiz beynəlxalq təşkilatlar da bizim gücümüzdən, nüfuzumuzda irəli gələrək bizi eşitsinlər, dinləsinlər. Dediyimiz bütün məsələlərdə bizimlə əməkdaşlıq etsinlər”- deyə R.Zeyni əlavə edib.
Azərbaycanda vətəndaş cəmiyyəti — Uğurlar, nöqsanlar, perspektivlər...
Müsahibimiz vətəndaş cəmiyyəti istiqamətində xeyli işlərin görüldüyünü hesab edir:“Bu istiqamətdə xeyli işlər görülüb, fərdi misallar gətirmək olar. Vətəndaş cəmiyyəti hər zaman dövlətin, dövlətçiliyin yanında olub. Hər zaman vətəndaş cəmiyyətinin hüquqlarının müdafiəsi istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirib. O cümlədən son dövrlərdə biz həm də ölkə prezidentinin tövsiyəsi ilə ictimai nəzarətin gücləndirilməsi, şəffaflığın artırılması, şəffaflığın nəzarətin institutunun formalaşması istiqamətində də addımlar atırıq. Bilirsiniz ki, 23 il ərzində milli hökumətlər forumu cəmiyyətdə maarifləndirmə və digər funksiyaları yerinə yetirməklə yanaşı, həm də ictimai nəzarət funksiyasını, ictimai müzakirələr, dinləmələr, monitorinqlərin keçirilməsi missiyasını da yerinə yetirib. Bu istiqamətdə biz bu gün də ictimai nəzarət mərkəzi olaraq geniş fəaliyyət göstəririk. Demək olar ki, cəmiyyəti narahat edən bir çox məsələlərin həm onlayn, həm də oflayn olaraq ictimai müzakirələrini keçirmişik. Hazırda Azərbaycan televiziyasında həftədə bir dəfə “Çıxışa doğru” verilişində İctimai Nəzarət Mərkəzinin təşəbbüsü ilə gündəliyə gələn məsələlər, aktual məsələlər müzakirə olunur. Orada qeyri-hökumət təşkilatlarının nümayəndələri, media nümayəndələri, ekspertlər iştirak edir. Bütün mənalarda bu istiqamətlərdə biz media ilə daha geniş əməkdaşlıq etməyə hazırıq”.

İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə Demokrat.az-a açıqlamasında bildirib ki, hər bir dövlətin, toplumun inkişafı üçün sektorlararası əlaqə, əməkdaşlıq vacib amildir: "Qeyd etmək istəyirəm ki, bu sektorlar dövlət, biznes və üçüncü sektor vətəndaş cəmiyyəti sektorları özü özlüyündə heç bir formada dəstək ola bilməz. Hər sahədə sektor arasında əməkdaşlıq yüksək səviyyədə olmalıdır. Bizim ölkəmizdə dövlət biznes, dövlət, vətəndaş cəmiyyəti münasibətləri yüksək səviyyədədir. Təəssüf ki, qeyd edək ki, axsayan tərəfimiz ən çox QHT biznes əməkdaşlığıdır. Amma ümumi onu qeyd etmək istəyirəm ki, vətəndaş cəmiyyətinin dövlət quruculuq prosesində rolu çox vacib amildir. Bu amil ona görə vacibdir ki, qeyd etdiyim kimi cəmiyyətin, dövlətin inkişafı üçün sektorlar arası əməkdaşlıq başlıca şərtdir. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı bir neçə mərhələdən keçmişdir. Mən deyərdim ki, ilkin mərhələdə vətəndaş cəmiyyəti sektoru, qeyri-hökumət təşkilatları bəzi məmurlar tərəfindən anti-dövlət mənasını daşıyırdı. Yəni, belə bir mərhələlər olmuşdur. Sonrakı mərhələdə belə deyək ki, yeni bir mərhələ oldu. Əməkdaşlıq, tərəfdaşlıq formasına keçdi".

Azərbaycanda vətəndaş cəmiyyəti — Uğurlar, nöqsanlar, perspektivlər...
Birlik sədri qeyd etdi ki, son dövrlər bu proses bir qədər də inkişaf etmiş və bir növ təmsil olunmağa qədər irəliləyib:

"Təmsil olunmaq ondan ibarətdir ki, müxtəlif dövlət qurumları yanında vətəndaş cəmiyyəti təşkilatlarından ibarət ictimai şuralar yaradılmışdır. Burada məqsəd ondan ibarətdir ki, daha çevik, daha planlı formada vətəndaş cəmiyyəti narahat edən məqamlara dərhal reaksiya verə bilsinlər və vətəndaşların mövqeyini həmin dövlət qurumlarında ifadə edə bilsinlər. Xüsusən onu qeyd etmək lazımdır ki, Azərbaycan geosiyasi vəziyyətinə görə elə bir ərazidə yerləşib. Təəssüf ki, belə bir şəraitdə vətəndaş cəmiyyətini də ələ almaq istəyən müəyyən qüvvələr var. Amma Azərbaycan dövləti də xüsusi formada vətəndaş cəmiyyətinin inkişafına dövlət və milli maraqlarına xidmət edən, dövlət cəmiyyəti təşkilatlarının inkişafına müxtəlif dəstək mexanizmləri həyata keçirir. Bu dəstək mexanizmləri olaraq QHT-lərə dövlət dəstəyi agentliyi var. Gənclər Fondu, Milli Dəyərlərin Qorunması Fondu var. Bir çox digər qurumlar formatında dövlət vətəndaş cəmiyyətinin inkişafına dəstək göstərir. Bu dəstək mexanizmi fəaliyyət göstərməklə, inkişaf etməklə dövlətin özünün inkişafına, dövlət milli maraqların təmin olunmasına gətirib çıxarır.

Başqa bir məqam ondan ibarətdir ki, Azərbaycanda, ümumiyyətlə bizim konstitusiyamızda vətəndaşların, eyni zamanda vətəndaşların birləşməsi ilə dövlət quruculuğunun inkişafı üçün müxtəlif maddələr var. Bu, Azərbaycan Konstitusiyasında müxtəlif vətəndaşlarımıza verilən mühüm imkandır". Onun sözlərinə görə, cəmiyyət inkişaf etdikcə tələblər daha çox olur:

Azərbaycanda vətəndaş cəmiyyəti — Uğurlar, nöqsanlar, perspektivlər...
"Tələblər isə daha çox fəaliyyətlər tələb edir. Amma ümumilikdə dövlət tərəfindən yaradılan bu şərait çərçivəsində belə deyək ki, maksimum şərait çərçivəsində vətəndaş cəmiyyəti çalışır ki, proseslərə təsir etsin. Lazım gələndə dövlət maraqlarının qorunması ilə məşğul olsun. Bilirsiniz ki, mütəmadi olaraq, Azərbaycana qarşı aparılan müxtəlif çirkin kampaniyalarda ikili standartlarla müşahidə edilən müxtəlif proseslərdə vətəndaş cəmiyyəti öncül sıralarda həmişə olmuşdur. Mən xüsusən bunu vətəndaş cəmiyyəti dedikdə tək QHT-ləri nəzərdə tutmuram, QHT-lərlə bərabər media nümayəndələri də bu prosesin hər zaman ön sıralarında olmuşlar, lazım gəldikdə bəyanatla çıxış etmişlər. Müəyyən etiraz aksiyaları keçirmişlər və öz mövqelərini açıq formada sərgiləmişlər. Ona görə, vətəndaş cəmiyyəti təşkilatları öz imkanları çərçivəsində bu proseslərdə çalışır ki, mövqeyini sərgiləsin. Sözsüz ki, burada vətəndaş cəmiyyətinin resurslarının az olması da müəyyən mənada vətəndaş cəmiyyətlərini oynadığı rolu tam istədiyimiz kimi, tam arzuladığımız kimi olmadığını şərtləndirir. Bilirsiniz ki, Azərbaycanda könüllülük hərəkatı var və bu, prezidentin birbaşa təşəbbüsü ilə formalaşıb. Qeyd edim ki, xeyli sayda könüllülər təşkilatımız var. Bu, çox mühüm, vacib məqamdır. Amma onunla yanaşı qeyd etmək istəyirəm ki, kiçik təşkilatların bəzən könüllülər cəlb etməkdə problemləri var. Çünki QHT-lərin imkanları, resursları, texniki imkanları olmadığı üçün könüllülər cəlb edə bilmirlər. Çünki ən azından ofis şəraiti olmalıdır. Gərək texniki imkanları olsun ki, həmin könüllülər də o imkanlardan yararlansınlar. Amma təşkilatlarda bu imkanlar olmadığı üçün könüllülər həmin təşkilatlara maraq göstərmir. Ümumilikdə, bu problemlər var və mövcuddur. Bu problemlərin həlli istiqamətində hesab edirəm ki, müvafiq dövlət qurumları müvafiq addımlar atmalıdır və bu, ümumilikdə bizim dövlətimiz, milli maraqlarımızın təmin olunmasına gətirib çıxaracaq.
Azərbaycanda vətəndaş cəmiyyəti — Uğurlar, nöqsanlar, perspektivlər...
İkinci Qarabağ savaşında 44 günlük müharibədə Azərbaycanın bütün vətəndaşları, o cümlədən qeyri-hökumət təşkilatları vahid yumruq kimi birləşdi. Sözsüz ki, bu prosesin önündə Ali Baş Komandan gedirdi. Bu məsələdə informasiya savaşında mühüm rol oynayan qüvvələrdən biri də gənclər, könüllülər, qeyri-hökumət təşkilatları idi. Sözsüz ki, Ali Baş Komandan tərəfindən aparılan informasiya müharibəsi çox möhtəşəm idi.Dünyanın aparıcı media orqanlarında Azərbaycanın haqlı mövqeyini xarici dillərdə ölkə başçısı birbaşa dünyanın nüfuzlu kanallarında çox kəskin sürətdə dilə gətirirdi. Həmin dövrdə ölkə başçısı tərəfindən çox ciddi formada Azərbaycanın suverenliyi, müstəqilliyi məsələsi ilə bağlı hər hansı kiçik bir nüanslar olsa belə, ölkə başçısı həmin məsələyə çox sərt mövqe bildirirdi.
Azərbaycanda vətəndaş cəmiyyəti — Uğurlar, nöqsanlar, perspektivlər...
Eyni zamanda, paralel olaraq həmin informasiya müharibəsində ölkə vətəndaşları cənab prezidentin dəstəkləməklə, müəyyən Azərbaycanı dövlətinin haqlı mövqeyi üçün böyük şəbəkələr fəaliyyət göstərirdi. Tviterlərdə, böyük şəbəkələrdə bu mübarizə gedirdi. Bu mübarizəni kimlər aparırdı? Bu mübarizəni Azərbaycanın vətəndaş cəmiyyətinin üzvləri aparırdı. Burada QHT-lər, gənclər təşkilatları da var idi. Media nümayəndələri, bloggerlər, fərqli insanlar da var idi. Onlar ümumilikdə vətəndaş cəmiyyətinin nümayəndələri sayılırlar. Ona görə, bir daha qeyd etmək istəyirəm ki, proses ümumiyyətlə Azərbaycanda müsbət dinamikadadır. Sadəcə olaraq prosesləri bir qədər sürətləndirmək lazımdır. Ötən dövrə biz nəzər saldıqda kifayət qədər bu sahədə irəliləyişlər var. Amma hesab edirəm ki, müəyyən vətəndaş cəmiyyətinin inkişafına dəstək verə biləcək mexanizmləri aktivləşdirməklə, biz bu gücü, bu qüvvəni daha da inkişaf etdirə bilərik. Vətəndaş cəmiyyətini dövlətimizin inkişafında rol oynaya biləcək əsas institutlardan birinə çevirə bilərik".

Aynurə Pənahqızı Demokrat.az

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu:Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

D
demokrat.az