İdman

Avropa çempionatı: Azərbaycan yunan-Roma güləşçiləri 4 medal qazanıb

Avropa çempionatı: Azərbaycan yunan-Roma güləşçiləri 4 medal qazanıb

Azərbaycan yunan-Roma güləşçisi Beka Kandelaki Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

130 kq çəki dərəcəsində rəqib yerli pəhləvan Dariuş Attila Vitekolub. Görüş Vitekinqələbəsi ilə yekunlaşıb - 4:1.

Beləliklə, Azərbaycan yunan-Roma güləşçiləri günü 4 medalla başa vurub. Yığma üzvlərindən Eldəniz Əzizli (55 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.

Demokrat.az

D
demokrat.az