İncəsənət

Xanəndə əməliyyat masasında mahnı oxudu — VİDEO (ÖZƏL)

Xanəndə əməliyyat masasında mahnı oxudu — VİDEO (ÖZƏL)

Gənc xanəndə Məfdun Məmmədov əməliyyat masasında sözləri İslam Səfərli, musiqisi Səid Rüstəmova aid olan "Həkim qız" mahnısını oxuyub. Həmin görüntünü xanəndənin köməkçisi sosial şəbəkə hesabında paylaşıb.

Demokrat.az xanəndə ilə əlaqə saxlayıb.

O bildirib ki, hazırda əməliyyat bitib, vəziyyəti yaxşıdır.

Xanəndə əməliyyat masasında mahnı oxudu — VİDEO (ÖZƏL)
Xanəndə əməliyyat masasında mahnı oxudu — VİDEO (ÖZƏL)

Qeyd edək ki, Məfdun Məmmədov VI Beynəlxalq Muğam müsabiqəsinin diplomantı olub. Hazırda Azərbaycan Dövlət Televiziyası və Mədəniyyət Televiziyasının solistidir.

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az