FHN-nin əməkdaşı illərin polis nəfəri olan atasını evdən qovub.
Bu barədə o, Space Tv-də Amil Xəlilin «Gəl, danış»layihəsində canlı yayımda deyib. Onun sözlərinə görə oğlu və arvadının fikirlərinə qarşı çıxdığı üçün ona «dəli» adı veriblər. Daha sonra evə çağrılan xüsusi birqada vasitəsilə onu zorla psixi disbanserə yerləşdiriblər. Daha sonra məhkəmənin qərarı ilə ona qəyyumluq əldə edilib.
Qərarda isə, Lətif Tağıyevin anlaqsız olması, özünü idarə edə bilməməsi və psixi problemlərinin olması qeyd edilib. Verilişdə olan ekspertlər isə yaşlı kişinin normal düşüncələrini ifadə etdiyini xüsusi olaraq qeyd ediblər.
«1500 manata yaxın pensiya alıram. Oğlum onuda ələ keçirib. Mənim qarşı çıxdığım alqı-satqı işinidə həll edib. Bir ilə yaxındır bacım gildə qalıram. Heç mənimlə maraqlanmır. Bəs mən necə dəliyəm?» deyə Lətif Tağıyev qeyd edib. Qeyd edək ki, Lətif Tağıyev Qarabağ döyüşlərində də iştirak edib, Oğlu isə FHN-nin Müşviqabad qəsəbəsində yerləşən bölməsinin şöbə rəsidir...
Məlik Demokrat.az


