ABŞ kəşfiyyatı məlumat verib ki, Putinin müşavirləri Rusiya ordusunun Ukraynada uğradığı məğlubiyyətlər barədə ona düzgün məlumat vermirlər.
Kəşfiyyat məlumatlarına görə Putinlə Rusiya ordusunun rəhbərliyi arasında ciddi narazlıqlar var: " Putinin müşavirləri qorxularından Rusiya prezidentinə Ukraynadan düzgün məlumatlar vermirlər. Məsələn Putin bəyan etmişdi ki, hərbi çağrışa cəlb edilən gənclər müharibəyə göndərilməyəcək. Hətta rus ordusunun komandanlığı prezidentə bildirmişdi ki, artıq bütün çağrışçılar geri qaytarılıb. Amma həqiqət elə deyil. Hazırda Ukraynada döyüşən əsgərlərin yarıdan çoxu hərbi çağrış yaşına çatmış gənclərdir".
ABŞ kəşfiyyatının məlumatına görə Rusiya Müdafiə Nazirliyinin rəhbərliyi müharibə ilə bağlı bir çox məsələləri Putindən gizli saxlayır, ya da yalan məlumat verirlər. Buna görə də ordu rəhbərliyi ilə Putin arasında ciddi narazlıqlar yaranıb./visiontv.az


