"Hörmətli spiker Sahibə xanım Qafarova Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərini də gözəl bilir. Ermənistanın spikeri ilə mübahisədə dövlətimizi və milli maraqlarımızı tutarlı arqumentlərlə müdafiə edərək erməni spikeri də Azərbaycanın təklif etdiyi beş bəndlik sülh təklifi ilə razılaşmaq məcburiyyətində qoydu".
Demokrat.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.
Vitse-spiker deyib ki, Sahibə Qafarova yüksək biliyə malik olan şəxsiyyətdir:
"Bəzilərinin səviyyəsi isə Sahibə xanımın erməni tərəfi ilə gərgin polemikadan qalib çıxması fonunda milçəklik etməyə çatır. Milçək bir şey deyil, könül bulandırır...".
Vaqif Hüseynli Demokrat.az


