Xarici siyasət

Ceyhun Bayramovun ATƏT sədri ilə geniştərkibli görüşü başladı — YENİLƏNİB

Ceyhun Bayramovun ATƏT sədri ilə geniştərkibli görüşü başladı — YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau arasında təkbətək görüş başa çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında məlumat yayıb.

Bildirilib ki, Azərbaycan və Polşa xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş başlayıb.

***12:07

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau arasında təkbətək görüş keçirilir.

Demokrat.az xəbər verir ki, C.Bayramov ATƏT sədrini nazirliyin önündə qarşılayıb.

Daha sonra tərəflər arasında təkbətək görüş başlayıb.

Rza Demokrat.az

D
demokrat.az