Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Demokrat.azxəbər verir ki, 57 kq çəki dərəcəsində rəqib Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorov olub.Rəqibinə 6:8 hesabı ilə uduzan Rzazadə gümüş medalla kifayətlənib. Bu, Azərbaycanın yarışda ilk medalı olub.
Qeyd edək ki, bu gün, həmçinin Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Zirəddin Bayramov (70 kq) isə bürünc medal qarşılaşmasında qüvvəsini sınayacaq.
Həsən Demokrat.az


