Rusiya ilə Ukrayna arasında gedən müharibənin 25-ci günündə dünya mediası Ukraynanın xüsusi pilotsuz təyyarəsi “Aerorozvidka” komandasının Elon Maskın peyklərindən istifadə edərək rus əsgərlərini zərərsizləşdirdiyini yazıb.
Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, Elon Maskın yeni texnologiyası Türkiyə pilotsuz uçan aparatları ilə birgə rus ordusuna qarşı istifadəyə edilməyə başlayıb. İngilis mediası Elon Maskın qısa müddət əvvəl göndərdiyi “Starlink” peyklərinin müharibədə kritik əhəmiyyət daşıdığını bildirib.
Teleqraf” qəzeti Ukraynanın Aeurorozvidka adlı xüsusi qüvvələrinin Türkiyə istehsalı olan İHA/SİHA da daxil olmaqla müxtəlif pilotsuz təyyarələrlə rus əsgərlərini vurduğunu bildirib.
Aynurə Demokrat.az


