Gündəm

Səfirimiz İran parlamentinin erməniəsilli deputatlarına belə cavab verdi

Səfirimiz İran parlamentinin erməniəsilli deputatlarına belə cavab verdi

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Şuşa məscidində və təmas xəttində verilən azan sədasının Xankəndidə eşidilməsinə İran parlamentinin 2 erməniəsilli deputatının etiraz etməsinə münasibət bildirib.

Demokrat.az xəbər verir ki, bu barədə səfir tviter hesabında paylaşım edib.

“Şuşa məscidində və təmas xəttində verilən Azan sədasının Xankəndidə eşidilməsindən İran parlamentinin 2 erməniəsilli deputatı narahat olub və bunu psixoloji təzyiq adlandırıblar.

Ümid edirəm, din alimləri Azanın müqəddəsliyini və Xankəndinin kimə aid olduğunu onlara başa salar”, - səfir yazıb.

Məlik Demokrat.az

D
demokrat.az