İdman

Salyanda qalib idmançılarla görüş keçirildi — FOTOLAR

Salyanda qalib idmançılarla görüş keçirildi — FOTOLAR

11-13 mart 2022-ci il tarixlərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Muay-tay Tayboks Federasiyasının təşkilatçılığı ilə Bakı şəhəri Şağan Olimpiya İdman Kompleksində muay-tay idman növü üzrə kişilər, gənclər və yeniyetmələr arasında XIV Azərbaycan çempionatı keçirilib.

Demokrat.az xəbər verir ki, yarışda Bakı ilə yanaşı, regionlardan - Sumqayıt, Gəncə, Naxçıvan, Şəki, Göyçay, Mingəçevir, Samux, Salyan, digər şəhər və rayonlardan 200-ə qədər idmançı iştirak edib.

Muay –tay idman növü üzrə ölkə çempionatında Salyan komandası muay tay üzrə təcrübəli məşqçi-müəllim Rahil İsgəndərovun rəhbərliyi ilə müvəffəqiyyətlə iştirak edib və uğurlu nəticələr qazanıb:

Muradov Rəvan Şaiq oğlu 60 kq da III yer (şəxsi məşqçisi Rahil İsgəndərov),

Əliyev Uğur Fəqan oğlu 51 kq da III yeri (şəxsi məşqçisi Rahil İsgəndərov), Cəfərov Elçin Etibar oğlu 54 kq III yer (şəxsi məşqçisi Rahil İsgəndərov),

Məmmədli Fariz Zülfiqar oğlu 51 kq da II yer (şəxsi məşqçisi Rahil İsgəndərov),

Sadıqov Fəxri Azər oğlu 78 kq da I yeri (şəxsi məşqçisi Rahil İsgəndərov)

Əzizov Hüseyn Yusif oğlu 54 kq da II yeri (şəxsi məşqçisi Rahil İsgəndərov) qazanıb. Qazanılan qələbə münasibətilə Salyan rayon Gənclər və İdman İdarəsində qalib idmançılarla görüş keçirilib. Qalib idmançıları təbrik edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirib ki, bu gün fəxrlə demək olar ki, Azərbaycan dünyanın inkişaf etmiş idman mərkəzlərindən birinə çevrilib. Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Ölkəmizin hər yerində olduğu kimi Salyanda da idmanın müxtəlif sahələri inkişaf etməkdədir. Salyan idmançıları istər beynəlxalq, istərsə də ölkədaxili yarışlarda böyük nailiyyətlər qazanıblar.

Salyanda qalib idmançılarla görüş keçirildi — FOTOLAR
Salyanda qalib idmançılarla görüş keçirildi — FOTOLAR

Məlik Demokrat.az

D
demokrat.az