Gündəm

"Xocalı istiqamətində səngərlərin qazılması yeni təxribat planının tərkib hissəsidir" — ÖZƏL

Xocalı istiqamətində səngərlərin qazılması yeni təxribat planının tərkib hissəsidir — ÖZƏL

“Qarabağdakı ermənilər son dövrlər, xüsusilə Rusiyanın Ukraynada separatçı rejimləri tanıması və hücuma keçməsindən sonra aktivləşiblər. Düşünürlər ki, bu, onların da tanınmasına şərait yarada bilər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi-şərhçi Asif Nərimanlı deyib.

Analitik qeyd edib ki, bu baxımdan onlar həm tanınma ilə bağlı mitinqlər keçirir, həm də təxribatlarını genişləndirirlər:

“Təxribatla göstərmək istəyirlər ki, Azərbaycanın irəli sürdüyü birgə yaşayış mümkün deyil. Buna görə də, onlar öz müqəddəratlarını özləri həll etməlidirlər. Xocalı istiqamətində səngərlərin qazılması da yeni təxribat planının tərkib hissəsidir. İstisna deyil ki yenidən atəş açacaqlar. Mövcud vəziyyətdə bu kimi halların qarşısını almağın, həm də separatçıların müstəqillik arzularının cişəklənməsinə imkan verməməyin yolu anti-terror əməliyyatıdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az