Bu gün Real TV-nin 4 yaşı tamam olur.
Demokrat.az xəbər verir ki, “Real Təhlil İnformasiya Mərkəzi” MMC 15 mart 2018-ci ildə fəaliyyətə başlayıb.
2018-ci il martın 15-dən sentyabrın 16-dək Real TV 19 saat ərzində (saat 08:00-dən 02:00-yədək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edib.
17 sentyabr 2018-ci ildən 24 saatlıq yayıma keçib.
23 aprel 2019-ci ildə isə “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ümumrespublika televiziya yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib.
Real TV təkcə Azərbaycan auditoriyasını deyil, həm də dünyanın böyük bir hissəsini hər gün xəbərlərlə təmin edir.
Qeyd edək ki, kanalın direktoru Mirşahin Ağayevdir.
Məlik Demokrat.az


