Bu gün “Space” TV-nin efirində Demokrat.az xəbər saytından və onun fəaliyyətə başlamasının 4 illiyindən bəhs olunub.
Aparıcı Elman Bakuvinin təqdimatında yayımlanan “Space səhər” verilişində Demokrat.az saytının yaranma tarixindən, onun indiyədək gördüyü işlər və hazırki fəaliyyəti barədə ətraflı məlumat verilib.
Proqramın qonağı olan Demokrat.az saytının əməkdaşı Aynurə Pənahqızı “Space səhər”in efirindən aparıcının suallarını cavablandırıb. Tamaşaçılar üçün vacib olan məqamlara toxunub.
“Demokrat.az xəbər portalı 2018-ci il mart ayından fəaliyyət göstərir. Saytın yaradılmasında əsas məqsəd dünyada və ölkədə baş verən ən vacib və ən maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Qeyd edim ki, Demokrat.az saytında operativ xəbərlər təqdim olunur və cəmiyyəti maraqlandıran suallara cavablar axtarılır. Saytın xəbərləri yalnız ölkəmizdə deyil, ölkə hüdudlarından da kənarda izlənilir. Saytın xəbərlərinə Avropada, Rusiyada, Türkiyədə dəfələrlə istinad olunub, yenə də istinad olunmaqdadır. Saytımız müxtəlif təşkilatların düzənlədiyi "ilin saytı" nominasiyasında dəfələrlə qalib olub”.
Nəzrin Demokrat.az

