Hamımız bir ulduzun zərrəsiyik!
“ULDUZ”un 55 yaşı tamam olur!
“Ulduz” jurnalı 1967-ci ildən fəaliyyət göstərir. Bu il 55 yaşını qeyd edən jurnal maraqlı layihələrlə oxucuların ədəbi zövqünü oxşayır. Hər ilin aktual ədəbiyyat hadisələrini özündə əks etdirən “Ulduz” elə buna görə illərdir oxucu marağını özündə saxlaya bilib.
Jurnalının şöbə redaktoru Taleh Mansur təəssüratlarını Demokrat.az–la bölüşüb.

“Bu il bizim yubileyimizdir, 55 yaşımız tamam olur. Yubiley ili çərçivəsində bir neçə layihələri həyata keçirməyə qərar vermişik. 2019-da Azərbaycanda “Nəsimi ili” elan edilərkən, xüsusi bir sayımız işıq üzü gördü. Həmin sayımzıda Nəsimiyə aid publisist yazılar,araşdırma yazıları, eləcə də şairin yazıları yer aldı. Vətən müharibəsi dövründə də ard-arda vətənpərvərlik mövzusunda - Qarabağa həsr edilmiş yazılar nəfis tərtibatda işıq üzü gördü, esteistika adı altında esselerdən ibarət xüsusi sayımız işıq üzü gördü”- deyə o bildirib. Jurnalın ötən ay işıq üzü görən sayında isə dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən azərbaycanlı ədəbiyyat nümayəndələrinin yazıları dərc olunub. Qeyd edək ki, bu “Ulduz”un tarixində bir ilkdir.
"Xüsusi, özəl sayımız isə dünyada yaşayan Azərbaycan yazarlarının müxtəlif illərdə və müxtəlif mövzularda qələmə aldığı yazıalrı yer alıb bu layihədə. Bu layihəmiz 525-ci qəzetlə birgə həyata keçirilib. STIK- 02:15-Hesab edirəm ki, bu cür layihələrin həyata keçirilməsi ədəbiyyat cəbhəsində, publisistika cəbhəsində Azərbaycançılığa, vətənə xidmətin bir başqa növüdür", deyə Taleh Mansur bildirib.
Qeyd edək ki, “Ulduz” jurnalının əlçatanlığını təmin etmək üçün bu ildən başlayaraq, qiymətlərində endirim edilib və artıq onu bütün mətbuat yayımlardan onu əldə etmək mümkündür.






Maya İmran Demokrat.az


