Bakıda məşhur oteldə yanğın baş verib.
Hadisə Məmməd Araz küçəsində qeydə alınıb.
Hazırda sözügedən ünvanda yerləşən "Ramada Shamdan" oteli yanır.
Demokrat.az-ın hadisə yerində olan müxbirinin məlumatına görə,yanğın daha da güclənib.
Qeyd edək ki, sözügedən otel Hafiz Məmmədova məxsusdur.
Xatırladaq ki, otel uzun müddətdir fəaliyyət göstərmir.
Leyla Demokrat.az

