Kriminal

Bakıda 20 yaşlı gənc bıçaqlandı

Bakıda 20 yaşlı gənc bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Kərimli İsmayıl Şahmalı oğlu mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ saidin və sol bud nahiyəsinin 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub. İ.Kərimli əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az