Gündəm

Xarkova bombalar atıldı, ölənlər var

Xarkova bombalar atıldı, ölənlər var

Rusiya hərbçiləri hərbi infrastruktur obyekti olmayan Xarkov vilayətinin Slobojanskoye kəndində yaşayış məntəqələrini vurublar.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Atılan 6 hava bombasından biri ikimərtəbəli yaşayış binasına düşüb.

Müxtəlif mənbələrə görə, ikisi uşaq olmaqla 5-7 nəfər ölüb.

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 71 uşaq ölüb, 100-dən çox uşaq yaralanıb. Bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova məlumat verib.

Demokrat.az

D
demokrat.az