Media

Natiq Məmmədli: “Media haqqında” Qanun insan hüquqları ilə bağlı bütün müddəalar əsas götürülərək hazırlanıb”

Natiq Məmmədli: “Media haqqında” Qanun insan hüquqları ilə bağlı bütün müddəalar əsas götürülərək hazırlanıb”

“Media Reyestri Azərbaycanda 30 il ərzində müxtəlif pərakəndə formada mövcud olub”.

Demokrat.az xəbər verir ki, bunu MEDİA Agentliyinin şöbə müdiri Natiq Məmmədli REAL TV-nin efirində qonaq olarkən deyib.

O, qeyd edib ki, əvvəllər də müxtəlif dövlət qurumları bu funksiyanı yerinə yetiriblər:

“Sadəcə olaraq, indi bu data mərkəzləşir. Və bu funksiyanı Medianın İnkişafı Agentliyi həyata keçirəcək. Burada söhbət media subyektlərinin və jurnalistlərin qeydə alınmasından gedir. Bu qeydiyyatda toplanmış materiallar elektron hökumət portalına inteqrasiya edilir. Və Azərbaycan mediasının kəmiyyət göstəricisini ölçmək üçün bir alət kimi bundan istifadə etmək olar. Amma reyestrə daxil olmayan media subyektləri, yaxud jurnalistlər də öz fəaliyyətini yenə həyata keçirməkdə davam edəcəklər. Çünki “Media haqqında” Qanun konkret hansı istiqamətlərə şamil edilirsə, o dəqiq göstərilib. Bu, çap mediasıdır, onlayn media (veb saytlar), audiovizual media və informasiya agentlikləridir. Bundan kənarda olanlar – bloqsfer, “youtuber”, sosial media fəalı “Media haqqında” Qanunla tənzimlənmir. Bəli, bu ifadə azadlığına dayanan bir prinsipdir. Düşünürük ki, “Media haqqında” Qanunun da bu istiqamətdə yanaşması da çox doğrudur. Çünki ifadə azadlığı yalnız jurnalistlərlə məhdudlaşmır, hər kəs ifadə azadlığının daşıyıcısıdır. “Media haqqında” Qanun həm Azərbaycan Konstitusiyasının, həm də beynəlxalq praktikada insan hüquqları ilə bağlı olan bütün müddəaları əsas götürülərək hazırlanıb və onlarla heç bir ziddiyyət təşkil etmir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az