Diaspor

Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)

Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)

Vətən müharibəsində tarixi zəfər qazandıqdan və torpaqlarımızda erməni işğalına son qoyulduqdan sonra Xocalı soyqırımının 30 illiyi ilə bağlı keçirilən tədbirlər əvvəlki illərlə müqayisədə fərqlidir. Məqsəd yenə də Ermənistanın törətdiyi XX əsrin ən dəhşətli soyqırımı aktını dünyaya tanıtmaq, belə soyqırımıların bir daha yaşanmaması üçün beynəlxalq ictimaiyyətə baş verənləri təqdim etməkdir.

Xocalı soyqırımını törədənlərdən də qisasın alındığı II Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaransa da, Azərbaycan və Ermənistan arasında bizim milli maraqlarımıza uyğun sülh danışıqları aparılsa da, tarixi unutmamalıyıq. Bunu Prezident İlham Əliyev də dəfələrlə bəyan edib.

Soyqırımın 30 illiyi münasibətilə Avropa paytaxtlarında keçirilən silsilə tədbirlərin də əsas məqsədi budur. Lakin artıq bir azərbaycanlı olaraq, qisasımızı aldığımız, torpaqlarımızı azad etdiyimiz üçün daha qürurluyuq və Xocalı soyqırımının 30-cu ildönümünü əvvəlki illərdən fərqləndirən də bu idi.

Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)
Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)
Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)
Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)

Brüsselə səfərimizdə bunun daha əyani şəkildə şahidi olduq. Avropanın siyasi mərkəzində həmvətənlərimizin qürurla gəzməsi, keçirilən tədbirlərə diqqətin daha çox olması, xüsusilə Xocalı yürüşünə avropalıların da maraq göstərməsi nəzərimizdən yayınmadı. Artıq biz qalib ölkənin vətəndaşlarıyıq, bunu bizə olan münasibətin dəyişməsi də təsdiq edir.

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Brüsseldə təşkil edilən tədbir xüsusilə diqqət çəkir. Tədbirin əsas təşkilatçısı Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), eləcə də Belçika-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi idi.

Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)
Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)
Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)

ATXƏM sədri İlham İsmayılovun bu işdə əməyini xüsusi vurğulamaq lazımdır, çünki artıq illərdir ki, onun şəxsi vəsaiti və təşkilatçılığı ilə Avropa paytaxtlarında soyqırımın tanıdılması istiqamətində mühüm işlər həyata keçirilir.

Səfərimiz zamanı Xocalı ilə bağlı təşkil olunan tədbirlərdə çıxış edən Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi də qeyd edir ki, ATXƏM-lə onilliklər ərzində Xocalı soyqırımının tanıdılması istiqamətində birgə iş aparılır.

Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)
Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)

ATXƏM-in sədri İlham İsmayılov isə qeyd edib ki, illərdir Brüsseldə, Haaqada, Budapeştdə, Strasburqda soyqırımın tanıdılması, həqiqətin dünya ictimaiyyətinə çatdırılması uğrunda mübarizə aparırlar.

“İllərdir aparılan iş öz bəhrəsini verir, dünya artıq bu soyqırımdan xəbərdardır və müxtəlif ölkələr, müxtəlif təşkilatlar tərəfindən tanınıb da. Brüsseldə Xocalı soyqırımı ilə bağlı bir çox tədbirlər, Avropa Parlamenti, Avropa Komissiyası önündə mitinqlər keçirmişik. Lakin bu il bir qədər fərqlidir. Biz 44 günlük Vətən müharibəsində bu soyqırımı törədən qatil Ermənistan ordusunu işğal etdikləri torpaqlarımızın böyük hissəsindən qovub çıxara bilmişik, onları ağır məğlubiyyətə düçar etmişik. Bu müharibə dövründə Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdi, bütün dünyada yaşayan xalqımızın bu birliyi İlham Əliyevin dəmir yumruğunda təcəlli edərək, Ermənistan ordusunun, Xocalı soyqırımını törədənlərin başına endirildi. Bu gün təskinliyimiz var ki, Xocalı soyqırımı qurbanlarının qisasları alınıb, soydaşlarımıza qarşı törədilən bu qətliama layiqli cavab verilib. Ona görə də bu günkü tədbir əvvəlkilərdən çox fərqlənir. Biz indi bu tədbirlərdə alnıaçıq otura bilirik”.

Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)

Lakin İlham İsmayılov işin bitmədiyini, soyqırımı törədənlər ədalət məhkəməsi qarşısına çıxarılana qədər fəaliyyətin davam etdirilməsinin vacibliyini bildirib.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni də belə tədbirlərin təşkilində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan və Türkiyə vətəndaşlarından ibarət 100-ə yaxın şəxs iştirak edib. Xocalı soyqırımının 30 illiyində keçirilən bu tədbir miqyası və hədəflərinə nail olmaq baxımından olduqca əhəmiyyətli idi.

Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)

Daha sonra Brüsselin mərkəzində yerləşən Əbədi Məşəl abidəsini ziyarət etdik. Avropa paytaxtlarında silslə tədbirləri təşkil edən ATXƏM sədri İlham İsmayılovla yanaşı, Belçikadakı səfirimiz Vaqif Sadıqov, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov və digərləri də abidənin ziyarətində iştirak edirdilər.

Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)

Əbədi Məşəlin önündə xatirə kitabına Xocalı soyqırımının 30 illiyi ilə bağlı imzalar atıldı. Səfir Vaqif Sadıqov və AAK-nin prezidenti Sahil Qasımovla yanaşı, Belçikadan olan hərbiçi də Xocalı qurbanlarını anaraq, bu kitabı imzaladı. Bu, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımıların tanıdılması baxımından ona görə xüsusi əhəmiyyəy təşkil edir ki, Əbədi Məşəl abidəsi Brüsselin ən çox ziyarət olunan abidələrindəndir və yerli əhali ilə yanaşı, düyanın dörd bir yanında bura gələn insanlar da Xocalı soyqırımının tarixi ilə tanış ola biləcəklər.

Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)
Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)

Belçikada bizi qürurlandıran məqamlardan biri də Qarabağ atlarına qoyulan abidə idi. Təkcə Qafqazda yox, bütün Avropada məşhur olan Qarabağ atına belə bir abidə qoyulması Azərbaycan tarixinin, həm də Qarabağın dünyaya təqdim edilməsi baxımından əvəzsiz işlərdən hesab oluna bilər. Bu möhtəşəm işə imza atan şəxs Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçidir...

Ayxan Dəmirçi Belçikada Azərbaycanın tanıdılması, Azərbaycan tarixi və mədəniyyətinin təbliği, həmçinin, soydaşlarımızın koordinasiyalı şəkildə fəaliyyət göstərməsi istiqamətində mühüm addımlar atır. Belə diaspor rəhbərlərinin olması həqiqətən də sevindiricidir. Çünki onlar bəziləri kimi dövlətdən dəstək ummadan, əllərindən gələn qədər Azərbaycanı tanıdır. Qarabağ atına qoyulan abidə də məhz Ayxan Dəmirçinin fədəkarlığı hesabına hazırlanıb.

Avropanın paytaxtında Qarabağ atının möhtəşəm abidəsinə tamaşa etdikdən sonra səfirliyimizin binasına da baş çəkdik.

Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)
Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)
Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)

Səfirlik binasında keçirilən görüşdə səfir Vaqif Sadıqov görülən işlərdən, diasporumuzun fəaliyyətindən bəhs etdi. O cümlədən, Xocalı soyqırımının tanıdılması məqsədilə illərdir fəaliyyət göstərən ATXƏM sədri İlham İsmayılovun, eləcə də AAK-nin prezidenti Sahil Qasımovun, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçinin, Milli QHT Forumunun prezidenti Rauf Zeyninin və “Birlik” jurnalının baş redaktoru İlqar İlkinin gördüyü işlərə toxundu.

Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)

Digər çıxışçılar da öz növbəsində görülən işlər haqqında məlumat verdi, həmçinin, qarşıdakı hədəflərdən, bu hədəflərə nail olmaq üçün atılmalı addımlardan bəhs etdilər.

Lakin hər şey bununla bitmədi. Növbəti ünvanımız Beynəlxalq Ədalət Məhkəməsinin yerləşdiyi Haaqa şəhəri oldu. Xocalı soyqırımını törədənlərin – koçaryanların, sarkisyanların bir gün ədalət məhkəməsinə qolu qandallı dayanması arzusu və buna nail olmaq əzmi ilə Haaqaya gedirik.

Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)
Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)

Yolboyu söhbət edən ATXƏM sədri İlham İsmayılov deyir ki, Xocalı soyqırımının müəlliflərinin beynəlxalq tribunal qarşısında çıxacağı gün gec-tez mütləq gələcək. Çünki ədalət gec-tez yerini tapır, necə ki, 30 ildən sonra 44 günlük müharibədə bunun şahidi olduq.

İlham İsmayılov Azərbaycanın nadir şəxslərindəndir ki, Vətən uğrunda yorulmadan çalışır və bu işdən heç bir təmannası yoxdur. Onun türkçülüyün güclənməsi, təşkilatlanması və böyüməsi uğrunda həyata keçirdiyi fəaliyyəti hər kəs yaxşı bilir.

Bununla yanaşı, o, illərdir Qarabağ həqiqətlərinin dünyaya tanıdılması, Avropa paytaxtlarında Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərin keçirilməsi ilə bağlı mühüm işlərə imza atıb.

Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)
Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)
Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)
Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)

İlham İsmayılov bütün bunları hansısa təmanna üçün, heç kiminsə “sağ ol” deməsi üçün də görmür. O, sadəcə Vətənə xidmət edir.

Avropa paytaxtlarında Xocalı soyqırımının 30-cı ildönümü münasibətilə keçirilən genişmiqyaslı tədbirlər, yürüşlər, sərgilər də məhz İlham İsmayılovun təşkilatçılığı ilə baş tutdu.

Beynəlxalq tribunalın yerləşdiyi Haaqa şəhərində Xocalı soyqırımının 30 illiyi münasibətilə keçirilən yürüş isə sözün əsl mənasında möhtəşəm idi. Niderlandda yaşayan Azərbaycan və Türkiyə vətəndaşlarının da qatıldığı yürüşdə 1000-ə yaxın iştirakçı var idi.

Xocalı abidəsinə doğru yürüş edən izdiham soyqırımın müəlliflərinin beynəlxalq tribunal qarşısında çıxarılması, baş verənlərə hüquqi qiymət verilməsinin vacibliyi haqda da şüarlar səsləndirdi.

Haaqada, ədalət məhkəməsinin yerləşdiyi bu şəhərdə belə bir izdihamla həqiqətləri tanıtmaq, ədalət istəmək olduqca qürurvericidir. Bu, tədbirlər və yaşanan izdiham bir daha təsdiq etdi ki, Avropadakı Azərbaycan diaporu artıq güclənib, artıq dünyaya öz səsini eşitdirə bilir.

Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)
Təbii ki, bütün bunlar uzun illərin əməyi hesabına başa gəlib və bu işdə əməyi keçən İlham İsmayılova, Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkına, bu ölkədəki diplomatik korpusumuzun nümayəndələrinə böyük minnətdarlıq edilməlidir.

Haaqada Xocalı abidəsinin açılması kimi tarixi nailiyyətin müəllifi isə Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkındır. Xocalı yürüşünün təşkilatçıları da ATXƏM sədri İlham İsmayılov və Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkındır. Onlar təmannasız olaraq işləyir, həqiqətlərimizi dünyaya çatdırır, bir çox hallarda şəxsi vəsaitləri ilə Vətənimizə xidmət edir. Avropada keçirilən tədbirlər, istər Brüsseldə baş tutanlar, istər Haaqada olanlar bu insanların əməyidir.

Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)
Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)
Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)

Mənim Avropada müşahidə etdiyim əsas məqam da məhz bu oldu. Komitə dəstək versə də, verməsə də, belə tədbirlərə qatılsa da, qatılmasa da, dəyişən heç nə yoxdur.

İlham İsmayılov, İlhan Aşkın, Rauf Zeyni, Ayxan Dəmirçi, İlqar İlkin, Sahil Qasımov, Rövşən Tağıyev kimi vətənsevərlər olduqca, biz istəyimizə gec-tez nail olacağıq və bir gün yürüş keçirdiyimiz Haaqa Beynəlxalq Ədalət Məhkəməsi qarşısında hamımız bərabər Xocalı qatillərini də görə biləcəyik.

Avropada Xocalı yanğısı — Brüsseldən Haaqaya qədər gördüklərimiz... (FOTOLAR)

Vasif Həsənli Bakı-Brüssel-Haaqa

D
demokrat.az