Qarabağ

Azad olunmuş ərazilərə “Böyük Qayıdış" — Böyük işlər görülüb, görülməkdədir

Azad olunmuş ərazilərə “Böyük Qayıdış — Böyük işlər görülüb, görülməkdədir

Yazı Medianın İnkişafı Agentliyinin layihəsi çərçivəsində hazırlanmışdır

Bu gün keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının səmərəli şəkildə təşkil olunması dövlətimizin ən mühüm strateji hədəflərindən biridir. Bildiyimiz kimi, torpaqlarımız düşmən işğalından azad ediləndən dərhal sonra Qarabağda sürətli bərpa-quruculuq işlərinə başlanılıb. Sistemli və genişmiqyaslı şəkildə həyata keçirilən tədbirlər nəticəsində qısa zaman ərzində kifayət qədər ciddi işlər görülüb.

Azad olunmuş ərazilərə “Böyük Qayıdış — Böyük işlər görülüb, görülməkdədir
İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində də öz əksini tapıb. Nəzərə alaq ki, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma prosesi dörd mərhələdə icra olunacaq. Birinci mərhələdə görüləcək əsas işlər ərazilərin minalardan təmizlənməsi, dəymiş ziyanın qiymətləndirilməsi, ikinci mərhələ isə infrastrukturun formalaşdırılması, həmçinin kommunal xidmətlərə əlçatanlığın təmin edilməsi üçün xüsusi şəbəkənin yaradılması, üçüncü mərhələ sosial və və inzibati binaların inşa edilməsi, sonuncu - dördüncü mərhələ vətəndaşlarımızın dədə-baba yurdlarına qayıtması və məskunlaşmasıdır.

İşğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın başlanması ilə bağlı Demokrat.az-a danışan millət vəkili Naqif Həmzəyev bildirdi ki, bu gün Qarabağda sürətli və sistemli işlər həyata keçirilməkdədir. Deputat diqqətə çatdırdı ki, ən qısa şəkildə keçmiş məcburi köçkünlərimiz mərhələli şəkildə öz dədə-baba yurdlarına qayıdacaqlar: “Bu gün Qarabağı azad etmişik və sərhədboyu silahlı qüvvələrimiz həmin ərazilərdə tam möhkəmlənib. Yəni, bu gün Qarabağ Azərbaycanın tam nəzarətindədir. Ancaq zəfər qazanmaqla işimiz bitməyib. Çünki bu torpaqlar faktiki olaraq Ermənistan və erməni faşistləri tərəfindən 30 ilə yaxın müddət ərzində tamamilə dağıdılıb. Daş daş üstə qalmayıb, yaşayış binalarımız, taixi-mədəni abidələrimiz tamamilə viran qoyulub. Təəssüflər olsun ki, qəbirlərimizə qarşı da təhqirlər olunub və qəbirlərimiz talan edilib. İlk gündən cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə işğaldan azad olunmuş ərazilərə səfərlər etmişlər.

Azad olunmuş ərazilərə “Böyük Qayıdış — Böyük işlər görülüb, görülməkdədir
Orada mövcud dağıntıların aradan qaldırılması, Qarabağa “Böyük Qayıdış” proqramının uğurla həyata keçirilməsi üçün xüsusi plan, proqram və strategiya hazırlanmışdır. Bu gün artıq deyə bilərik ki, bu torpaqlarda sistemli və sürətli işlər həyata keçirilir. Xatırlayırsınızsa, proqramlara start verdiyimiz zaman dost və qardaş ölkələrinin şirkətlərinin bu prosesə cəlb olunması üçün ölkəmizə dəvət edildilər. Bu gün həm Türkiyə, həm İtaliya, həm Rusiya, həm də türkdilli dövlətlərdən olan şirkətlər “Böyük Qayıdış” proqramında yaxından iştirak edirlər. Təbii ki, ilk növbədə yol infrastrukturunun qurulması və bərpa edilməsi zəruridir. Bu sahədə də çox böyük işlər görülüb. Artıq 700 kilometrdən çox yol çəkilib. Ən önəmlisi Şuşaya gedən “Zəfər yolu” da istifadəyə verilib.
Azad olunmuş ərazilərə “Böyük Qayıdış — Böyük işlər görülüb, görülməkdədir
Bununla yanaşı, bütün bu ərazilərin elektrik enerjisi ilə təminatı da gündəmdədir. Çünki burada tamamilə bu infrastruktur da dağılmış, həmçinin ermənilər məğlubiyyətlərini anladıqda yerdə olan mövcud infrastrukturu da sıradan çıxartmışlar. Ancaq qısa bir müddətdə cənab İlham Əliyevin rəhbərliyi altında bu ərazilərin elektrik enerjisi ilə təmin edilməsi üçün mühüm işlər görüldü və bu gün də bu işlər davam etdirilir”.

Millət vəkilinin sözlərinə görə, artıq ən ağır relyefi olan Kəlbəcər və Laçında da enerji təminatı bərpa olunub:

“Bu ərazilərimizdə də elektrik stansiyaları, yarımstansiyalar, ötürücü stansiyalar yenidən qurulub. Bu gün də bu sahədə ciddi işlər görülməkdədir. Həmçinin, Qarabağ cənab Prezident tərəfindən yaşıl ərazi elan edildi. Burada “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası icra olunur, alternativ enerji mənbələri artıq araşdırılıb. Yaxın müddətfə alternativ enerji mənbələrinin istifadəsi üçün vacib şirkətlərin də sərmayə qoyacağı gözlənilir. Bununla da, həm külək, həm günəş enerjisindən istifadə edilərək, bu ərazilərin, buradakı infrastrukturların enerji ilə təminatı təşkil ediləcək.

Azad olunmuş ərazilərə “Böyük Qayıdış — Böyük işlər görülüb, görülməkdədir
Qarabağın turizm potensialını və strateji əhəmiyyətini nəzər alaraq, beynəlxalq aeroportların tikintisinə çox böyük önəm verilib. Füzuli, Zəngilan aeroportlarının tikintisi planlaşdırılmışdı ki, artıq Füzuli aeroportunun açılışı həyata keçirilib. Füzuli aeroportu hazırda işlək vəziyyətdədir. Zəngilan, Laçın aeroportlarının da tikintisi ilə bağlı işlər sürətlə davam etdirilir. Bildiyimiz kimi, Ağdamın baş planı təqdim olunub. Görünən odur ki, düşmən tərəfindəın tamamilə yoxa çıxardılmış Ağdam şəhəri tamamilə sıfırdan qurulur.
Azad olunmuş ərazilərə “Böyük Qayıdış — Böyük işlər görülüb, görülməkdədir
Həmçinin, artıq Şuşanın da baş planı hazırdır. Burada indiyədək bir çox açılışlar həyata keçirilib və tikintilər də öz sürəti ilə davam edir. Ən qısa zamanda biz bu ərazilərin cənnət məkana çevriləcəyinin şahidi olacağıq. Ən önəmlisi keçmiş köçkün və qaçqınlarımızın öz-dədə baba yurdlarına qayıtması üçün burada “Ağıllı kənd”, “Ağılı şəhər” konsepsiyası əsasında tikinti işləri həyata keçirilir. Qismən də olsa, bu ilin yazında təxminən 200 nəfərlik keçmiş məcburi köçkünləriniz “Ağıllı kənd” konsepsiyası əsasında tikilmiş bir kəndə köçürələcəklər. Onların burada məşğulluq məsələsi də öz əksini tapacaq. Bir sözlə, ötən müddət ərzində dövlətin ən əsas sahələrində biri Qarabağa, Şərqi Zəngəzura qayıdış planının uğurla icra edilməsidir və bu işin öhdəsindən cənab Prezident uğurla gəlir. Ən qısa zamanda mərhələli şəkildə keçmiş məcburi köçkün və qaçqınlarımızın öz dədə-baba yurdlarına qayıdacaqlarının şahidi olacağıq”.

Millət vəkili Cavid Osmanov isə saytımıza açıqlamasında vurğuladı ki, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdikdən dərhal sonra prezident Cənab İlham Əliyevin tapşırığı əsasında bu ərazilərdə böyük, tarixdə misli görünməmiş nəhəng və yenidənqurma, bərpa işlərinə start verilib:

Azad olunmuş ərazilərə “Böyük Qayıdış — Böyük işlər görülüb, görülməkdədir
“Birincisi, onu qeyd etmək lazımdır ki, 20 faiz torpaqlarımız, hansı ki Vətən müharibəsinədək erməni işğalçıları tərəfindən zəbt olunmuşdur, bu ərazilər tamamilə darmadağın edilmişdir və burada ermənilər misli görünməmiş bir vəhşilik, vandallıq həyata keçirmişdilər. Şəhərlərimizə, kəndlərimizə, ekologiyamıza qarşı bir soyqırım törətmişdilər. Daşı daş üstə qoymamışdılar. Milli, mənəvi, tarixi, mədəni abidələrimizin hər biri darmadağın edilmişdir. Belə olan halda əlbəttə ki, cənab İlham Əliyevin tapşırığı və onun birbaşa şəxsi nəzarəti altında Vətən müharibəsi bitdikdən dərhal sonra bu qədər böyük, nəhəng işlər həyata keçirilmişdir. Buna da dünya tarixində bugünə kimi rast gəlinməmişdir. Baxmayaraq ki, bütün dünyada olduğu kimi koronavirus pandemiyası da ölkə iqtisadiyyatımıza mənfi təsirləri olmuşdur. O cümlədən, ölkəmiz 44 günlük Vətən müharibəsindən çıxmış və bura xeyli böyük vəsaitlər, məsrəflər olmuşdur. Ancaq Azərbaycan prezidentinin düzgün yürütdüyü siyasət nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə bu qədər maştablı işlər görülmüşdür. Artıq burada ilk növbədə böyük infrastruktur layihələr həyata keçirilib. Yeni avtomobil, nəqliyyat yolları çəkilib. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilərək, istifadəyə verildi. Artıq iki beynəlxalq hava limanının tikintisi də sürətlə həyata keçirilir, dəmir yol xətlərinin çəkilməsi, elektrik enerjisi təminatı, içməli su və digər ən vacib infrastruktur layihələrin həyata keçirilməsinin biz şahidi oluruq.
Azad olunmuş ərazilərə “Böyük Qayıdış — Böyük işlər görülüb, görülməkdədir
Digər tərəfdən, artıq bir neçə şəhərlərin baş planları təsdiqlənmiş, o cümlədən Zəngilan rayonunun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərinin ərazilərində “ağıllı kənd”lərin inşası artıq tamamlanıb. Artıq Zəngilana ilk olaraq köçürüləcək əhalinin siyahısı da hazırdır. Bu insanlar doğma kəndlərinə qayıtdıqdan sonra “ağıllı kənd” layihəsi çərçivəsində onlardan bir qrupu üçün kiçik təsərrüfatlar yaradılacaq. Bunun üçün müvafiq dövlət qurumları tərəfindən zəruri addımlar atılır. Əlbəttə, Azərbaycan üçün əsas prioritetlərdən biri Zəngilanla yanaşı, azad olunan digər ərazilərə də insanların qayıdışını təmin etməkdir. Amma bu xüsusda ən ciddi problemlərdən biri həmin yerlərdə mina təhlükəsinin mövcudluğudur. İndiyə qədər ərazilərin müəyyən hissəsi təmizlənsə də, hələ də zərərsizləşdirilməmiş xeyli sayda mina qalmaqdadır. Bütün çətinliklərə rəğmən, 2022-ci il ərzində “Böyük Qayıdış” prosesinin başlayacağı vurğulanır.
Azad olunmuş ərazilərə “Böyük Qayıdış — Böyük işlər görülüb, görülməkdədir
Digər bir tərəfdən Ağdamda, Şuşada yaşayış binalarının tikintisi həyata keçirilir. O cümlədən bu ərazilərimzin gələcəkdə turizm potensialını yüksəltmək üçün turizm obyektlərinin tikintisi nəzərdə tutlub. Heydər Əliyev Fondu və hörmətli, birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə məhz bir çox yaşayış məntəqəsində artıq tarixi, dini abidələrimizin bərpası və yaxud yenidən qurulması istiqamətində çox böyük işlər görülür. Heç şübhəsiz ki, artıq “Böyük qayıdışa” çox ciddi start verilib və bu il 2022-ci ildə artıq sakinlərimzin bir hissəsinin, xüsusən Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərinə dönməsi nəzərdə tutulur. Cənab Prezident özü də qeyd edib ki, mümkün qədər tez zamanda insanlarımızı öz rayonlarında məskunlaşdırmaq üçün bütün zəruri addımlar atılacaq. Çox işlər görülüb, amma daha böyük işlər hələ qabaqdadır. İnanıram ki, “Böyük Qayıdış”dan sonra Qarabağda insanlarımızı elə bir həyat gözləyir ki, onlar indiyədək çəkdikləri bütün əziyyətlərini unudacaqlar”.

Aynurə Pənahqızı Demokrat.az

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

D
demokrat.az