Böyük Britaniya hakimiyyəti ölkədə yaşayan qohumları tərəfindən qəbul olunmaq istəyən ukraynalı qaçqınların ölkəyə girişini sadələşdirib.
Demokrat.az xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb. Bildirilir ki, Daxili İşlər Nazirliyi Böyük Britaniyadakı qohumları ilə birləşmək niyyətində olan insanların müraciətlərini sürətləndirmək üçün həftədə 500-dən 6000-ə qədər viza görüşlərinin sayını artırdığını bildirib.
Bundan əlavə, ukraynalı qaçqınlar üçün ölkədə qalma müddəti bir ildən üç ilədək artırılıb.
Rəsmilər neçə nəfərin müraciət edəcəyini söyləməyin hələ tez olduğunu bildiriblər.
Rəsmilər vəd ediblər ki, yaxın vaxtlarda qohumluq əlaqələri olmayan ukraynalılar üçün “məhdud sponsorluq marşrutu” açılacaq və bu, icmalara, yerli hakimiyyət orqanlarına və digər donorlara Böyük Britaniyaya gəlmək istəyənləri dəstəkləməyə imkan verəcək. Bu sxemin təfərrüatları hələ də işlənir.
Kərim Demokrat.az


