ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın Rusiya ilə qarşıdurmada qələbə çalacağına əmin olduğunu bildirib.
Demokrat.az xəbər verir ki, dövlət katibi deyib: "Putin yəqin ki, ukraynalılarda belə “möhkəmlik” gözləmirdi.
O, bu barədə BBC-yə müsahibəsində danışıb.
“Əgər Moskva hökuməti hansısa yolla devirmək və onun marionet rejimini qurmaq niyyətində olsa, 45 milyon ukraynalı bu və ya digər şəkildə bundan imtina edəcək”, - Blinken bildirib.
Blinken deyir ki, müharibə artıq Putinin planlarına uyğun getməyib. Ukrayna qoşunlarının güclü müqaviməti rusların 9 gün ərzində ölkə daxilində hərəkət etməsinə mane olub.
ABŞ dövlət katibi hərbi əməliyyatlar tam dayandırılana qədər ABŞ-ın Rusiyaya təzyiqlərini davam etdirəcəyini təsdiqləyib.
"Ukraynanın qalib gələcəyinə əminsinizmi" sualına o, belə cavab verib: "Zaman keçdikcə, mütləq": "Bunun nə qədər davam edəcəyini deyə bilmərəm. Ukraynaya xalqının təzyiqi, bu çox şey deyir."
Məmməd Demokrat.az


